Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda təşkil olunmuş beynəlxalq “Savaria” turniri çərçivəsində növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız ikinci görüşünü Niderlanda qarşı keçirib.
Oyun Niderland yığmasının qələbəsiylə başa çatıb – 3:0 (25:14, 25:13, 25:16).
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda ev sahibi Macarıstana da 2:3 hesabıyla uduzmuşdu. Yığmamız 7-də Çexiya ilə üz-üzə gələcək.