Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışlarında 65 kq. çəki dərəcəsində final görüşü keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan idmançısı Hacı Əliyev qızıl medal uğrunda döşəyə çıxacaq. Güləşçimiz finalda yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.
Qeyd edək ki, Hacı Əliyev finala gedən yolda Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bacranq Puniya (Hindistan) qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb