Tokio-2020: Karateçimiz yarımfinalda

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, karatenin kumite növündə Azərybaycan idmançısı İrina Zaretska mübarizəyə qoşulub.

61 kq-dan yuxarı çəkidə çıxış edən dünya və Avropa çempionu idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız  daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.

İrina qrupda son döyüşünü  türkiyəli Meltem Akyola qarşı keçirib.  4:0 hesabı ilə qalib gələn karateçimiz qrup lideri kimi  yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bu çəkidə yarımfinal görüşlərinin Bakı vaxtı ilə saat 14:20, finalın isə 14:55-də başlanması nəzərdə tutulub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right