Rafael Ağayev yarımfinalda Yenilənir

Karatenin kumite növündəki təmsilçimiz Rafael Ağayev (75 kq) Tokio-2020-də mübarizəyə qoşulub. 5 qat dünya, 11 qat Avropa çempionumuz B qrupunda yarışır. Newsport.az xəbər verir ki, Ağayev ilk görüşdə Noa Bitçlə (Almaniya) qarşılaşıb. 36 yaşlı karateçimiz 2:1 hesabı ilə qələbə qazanıb. Ağayevin növbəti rəqibi Tsuneari Yahiro (Avstraliya) olacaq.
 
Tokio-2020
Kumite, 75 kq
 
B qrupu
 
Rafael Ağayev (Azərbaycan) - Noa Bitç (Almaniya) - 2:1
 
13:10. Rafael Ağayev (Azərbaycan) - Tsuneari Yahiro (Avstraliya)
 
13:45. Rafael Ağayev (Azərbaycan) - Nurkanat Ajiqanov (Qazaxıstan)
 
14:13. Rafael Ağayev (Azərbaycan) - Luici Busa (İtaliya)
 
Qeyd edək ki, qrupu ilk iki sırada bitirməyi bacaran karateçilər yarımfinala vəsiqə qazanacaqlar.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right