Tokio-2020 Yay Olimpiada Oyunlarında güləş yarışları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün Turan Bayramov (74 kq) mübarizəyə start verib.
20 yaşlı güləşçimiz ilk görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib - 4:2. Həmyerlimiz 1/4 finalda ikiqat dünya, dördqat Avropa çempionu, Rio Olimpiadasının bürünc medalçısı Frank Çamizo (İtaliya) ilə qarşılaşıb. Bayramov rəqibinə 1:3 hesabı ilə məğlub olub.
İtaliya təmsilçisi növbəti mərhələdə belaruslu güləşçiyə uduzduğu üçün, Bayramov bürünc medal şansını da itirib.