Ukraynalı yunan-Roma güləşçisi Jan Belenyuk bu gün Tokio-2020-də final görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada macarıstanlı Viktor Lorintslə üz-üzə gəlib. O, 3:1 hesablı qələbə ilə qızıl medal əldə edib. Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub.