Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində iştirak edib.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı atlet 200 metr məsafəyə qaçışda 20.31 saniyəlik nəticə ilə finişə 6-cı çatıb. O, final mərhələsinə vəsiqə qazana bilməyib.
Kanadalı atlet Andre Qrasse 19.73 saniyə ilə lider olarkən, ABŞ idmançısı Kennet Bednarek 19.83-lük nəticə ilə ikinci olub və finala yüksəlib.