Tokio-2020: Dominqes finala çıxmaq üçün döyüşəcək

Tokio-2020 Yay Olimpiya oyunlarında azərbaycanlı idmançıların çıxışı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün boks üzrə Azərbaycan millisinin liderlərindən olan Alfonso Dominges (81 kq) üçüncü döyüşünə çıxacaq.

Boksçumuzun yarımfinaldakı rəqibi kubalı Arlen Lopes olacaq. Olimpiya oyunlarında debüt edən Dominqesin finala çıxmaq uğrunda mübarizəsi 13:51-də start götürəcək. 

Dominqesdən əvvəl isə Tayfur Əliyev(57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq) çıxışlarını başa vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right