Bu gün Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Yay Olimpiya Oyunlarının keçirildiyi Tokio şəhərinə yollanıb.
Newsport.az-ın məlumatına görə, sosial mediada idmançılarımızın hava limanında olduğu şəkil yayılıb.
Qeyd edək ki, güləşçilərimiz Olimpiadada əsas medal ümidlərimiz sayılır. Güləş yarışları avqustun 1-də başlayacaq və həmin ayın 7-də yekunlaşacaq.
Xatırladaq ki, hələlik Azərbaycan Tokio-2020-də medal qazana bilməyib.