16 idmançımız Olimpiada ilə vidalaşdı

Azərbaycanı Tokio-2020-də təmsil edən daha 6 idmançı bu gün mübarizəni dayandırıb. Newsport.az xəbər verir ki, bununla da Olimpiada ilə vidalaşan atletlərin sayı 16-ya çatıb. Onların siyahısını təqdim edirik.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) - 1/8 finalda dayandı.

2. Orxan Səfərov (cüdo, 66 kq) - 1/16 finalda dayandı.

3. Rüstəm Orucov (cüdo, 73 kq) - 1/4 finalda dayandı, təsəlliverici görüşlərdə bürünc medal qazana bilməyərək yekunda beşinciliklə kifayətləndi.

4. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda dayandı.

5. Maksim Şemberev (üzgüçülük) - 400 m qarışıq üsulla üzmə yarışlarının təsnifatında 26-cı oldu, finala çıxa bilmədi.

6. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük) - 100 m batterflay təsnifatında 30-cu oldu, finala çıxa bilmədi.

7. Milad Beigi Hərçəqani (taekvondo, 80 kq) - 1/4 finalda dayandı.

8. Fəridə Əzizova (taekvondo, 67 kq) - 1/8 finalda dayandı.

9. Rostislav Pevtsov (triatlon) - 41-ci oldu.

10. Emin Cəfərov (stend atıcılığı) - təsnifatda 26-cı oldu, finala çıxa bilmədi.

11. İvan Tixonov (idman gimnastikası) - fərdi növlərdə "ilk səkkizliy"ə, çoxnövçülükdə isə "24-lüy"ə düşə bilmədi (45-ci oldu) və finaldan kənar qaldı.

12. Marina Nekrasova (idman gimnastikası) - fərdi növlərdə "ilk səkkizliy"ə, çoxnövçülükdə isə "24-lüy"ə düşə bilmədi (70-ci oldu) və finaldan kənar qaldı.

13. Anna Başta (qılıncoynatma, sablya) - 1/8 finalda uduzdu.

14. Elçin Əsədov (şose velosipedi) - finişə 108 km qalmış yarışı dayandırdı, finişə çata bilmədi.

15. Tayfur Əliyev (boks, 57 kq) - 1/16 finalda dayandı.

16. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda dayandı.

Qeyd edək ki, Azərbaycan Tokio Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunur. Ruslan Lunyov 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada mübarizəni dayandırsa da, avqustun 1-də 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında finala çıxmağa çalışacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right