Azərbaycan Paralimpiya Oyunlarına daha bir lisenziya qazandı

Milli Paralimpiya komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarına 36-cı lisenziyanı əldə edib.

Newsport.az xəbər verir ki, atletika idman növü üzrə milli komandasının üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 36-cı lisenziyanı qazandırdı.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına 12-i atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı olmaqla artıq 36 lisenziya əldə ediblər və bu rekord göstəricidir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right