Üç güləşçimiz Avropa çempionatının yarımfinalında

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Newsport.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb.

Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Milli üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib.

Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub.

Abdulcəlil Şabanov 1/8 finalda rusiyalı həmkarına məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

61 kq
1/8 final: Kənan Heybətov – Nikita Zubal (Ukrayna) 6:5
1/4 final: Kənan Heybətov - Xamzat Arsamerzuyev (Fransa) 10:3
1/2 final: Kənan Heybətov - Daviti Abdaladze (Gürcüstan)

74 kq
Təsnifat: Cəbrayıl Hacıyev – Mixail Ursu (Moldova) 6:2
1/8 final: Cəbrayıl Hacıyev - Maqomed Abdulkadirov (Rusiya) 5:0 (tuşe)
1/4 final: Cəbrayıl Hacıyev - Balint Balaş (Macarıstan) 9:4
1/2 final: Cəbrayıl Hacıyev - Vladimeri Qamkrelidze (Gürcüstan)

86 kq
Təsnifat: Fuad Mayılov – Coşua Morodion (Almaniya) 1:12

92 kq
1/8 final: Abdulcəlil Şabanov – İslam Kilçukov (Rusiya) 4:8

125 kq
1/4 final: Aydın Əhmədov – Şaba Ubornyak (Macarıstan) *1:1
1/2 final: Aydın Əhmədov - Vasili Sova (Ukrayna)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right