Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk görüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 25-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.
Təcrübəli şahmatçı bu gün daha 4 görüşdə qüvvəsini sınayacaq. O, ardıcıl olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FIDE), Pyotr Svidler (Rusiya) və Uesli So ilə üz-üzə gələcək.