Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic " turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster ermənistanlı Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib.
Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə hazırda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlir. 5,5 xalla turnir cədvəlinə başçılıq edən 36 yaşlıl qrossmeysterə çempionluq üçün heç-heçə də kifayətdir.