Sadıq Sadıqov milli üzvləri ilə görüşdü

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov hazırda Şahdağda təlim-məşq toplanışında olan kişi cüdoçulardan ibarət milli komandamızın üzvləri ilə görüşüb

Newsport.az-ın məlumatına görə, əvvəlcə yığmanın baş məşqçisi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədov gələn ay Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri olimpiya oyunlarında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara gələcək nüfuzlu yarışda uğurlar arzulayıb.

Cüdoçularımız Qusardan sonra Bakıda, Xorvatiyada və Rusiyada da təlim-məşq toplanışları keçəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right