Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçıları növbəti oyunlarına çıxıblar.
Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov ağ fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb və rəqibini məğlub edib.
Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla Boqdan Daniel Dyakla (Rumıniya) heç-heçə edib.
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, Aleksandr Qrişukla (Rusiya) birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.