Azərbaycanı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında 2 taekvandoçu təmsil edəcək.
Bu ötən olimpiada ilə müqayisədə 2 dəfə aşağı göstəricidir. Xüsusən olimpiya çempionu Radik İsayevin dördilliyin ən mötəbər yarışına vəsiqə qazana bilməməsi şok effekti verdi.
İdman tarixində ilk dəfədir ki, olimpiya çempionu olmuş taekvandoçu növbəti olimpiadaya vəsiqə qazana bilmir. Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu taekvandodakı vəziyyətə federasiyanın vitse-prezidenti Nağı Səfərovla müsahibədə aydınlıq gətirməyə çalışıb.