“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur” - Şəhriyar Məmmədyarov

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Zəngilanın Genlik kəndinin işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.
 

Newsport.az-ın məlumatına görə, təcrübəli qrossmeyster sosial şəbəkə hesabında bunları qeyd edib:

“Genlik kəndi geri alındı! Atamın, babamın və ulu babalarımın kəndi... Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!

 
PS: Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right