Dünya çempionatı: Dörd güləşçimiz xalça üzərinə çıxır

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın  6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Newsport.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində Hüseyn Rzazadə təsəlliverici görüşdə İran təmsilçisi Amirali Fazla qarşılaşacaq.

Təsnifat mərhələsində 71 kiloqramda Tunar Quliyev Qazaxıstandan Adilet Risbay, 92 kiloqramda isə Elgün Kərimli Hindistan təmsilçisi Sakşam Fnu ilə üz-üzə gələcək.
45 kiloqram çəki dərəcəsində mübarizə aparan Tunar Həsənov 1/8 finalda bolqarıstanlı R.Velikov – monqolustanlı Ariun Erdenetuq cütünün qalibi ilə qarşılaşacaq.

51 kiloqramda İbrahim Həsənovun rəqibi kanadalı Qaurav Bahi – gürcüstanlı Giorgi Narimanidze cütünün qalibi olacaq.
60 kiloqramda çıxış edən Elcan Həsənov isə 1/8 finalda macar Balaj Hideq – polşalı Vitold Pavlik cütünün güclüsü ilə güləşəcək.

Daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki,  Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına Avqustun 2-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right