“Los Anceles Leykers” mərkəz oyunçusu Sandro Mamukelaşvilini heyətinə qatmaq üçün əsas iddiaçılardan biridir.
Dünən Mamukelaşvili azad agentlər bazarına çıxmaq üçün “Toronto” ilə müqaviləsindəki 2,8 milyon dollarlıq seçimi rədd edib.
27 yaşlı basketbolçu illik 10 milyon dollar və ya daha çox maaşlı müqaviləyə ümid edə bilər.
Mamukelaşvili “Reptors”un heyətində karyerasının ən yaxşı mövsümünü keçirib. Onun keçirdiyi 80 oyunda göstəriciləri orta hesabla 11,2 xal və 4,9 ribaund təşkil edib.