Azərbaycan millisi Portuqaliyaya uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avroliqada altıncı, son oyununu keçirib.

Newsport.az xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya ilə qarşılaşıb.

Millimiz rəqibinə 1:3 uduzub.

Azərbaycan - Portuqaliya - 1:3 (25:21, 16:25, 12:25, 19:25)

Azərbaycan millisi bundan əvvəl Yunanıstan (0:3), İsveç (0:3), Rumıniya (0:3), İspaniya (0:3) və Macarıstan (1:3) ilə qarşılaşmışdı. 

Hazırda yığmamız turnir cədvəlinin 27 komanda arasında 26-cı pillədə qərarlaşıb (0 xal).

Qeyd etmək lazımdır ki, turnir cədvəlində 1-ci yerdən 4-cü yerə qədər olan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right