İkiqat Avropa çempionu: "İstəyirik ki, bundan da böyük uğurlar qazanaq"

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) 2-ci dəfə Avropa çempionu olmağından danışıb.

Newsport.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında bu uğurlarla kifayətlənməyəcəyini deyib:

“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right