Azərbaycan millisinin FIBA Çempionlar Kuboku üçün heyəti və oyun cədvəli açıqlandı

İlk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin heyəti və oyunlarının vaxtı müəyyənləşib.

Newsport.az xəbər verir ki, ikinci dəfə təşkil olunacaq turnirdə yığma Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət heyətlə mübarizə aparacaq.

B qrupunda yer alan milli ilk olaraq martın 13 də, Kanada və Taylandla qarşılaşacaq. Görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də başlayacaq. Martın 14-də isə növbəti rəqib İspaniya olacaq. Bu matç isə saat 12:30-da start götürəcək.

Turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran olimpiya təsnifat turnirində iştirak hüququ əldə edəcək





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right