Karlsen 9-cu dəfə blits üzrə dünya çempionu oldu

Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.

Newsport.az xəbər verir ki, Karlsen finalda Özbəkistandan Nodirbek Abdusattorovu məğlub edib.

Həlledici görüş norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatdı.

Maqnus Karlsen 9-cu dəfə bu titula yiyələnib. O, bir neçə gün öncə rapid üzrə də dünya çempionu olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right