“Neftçi” “Azərreyl”ə qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan matçda “Neftçi” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib.

“Abşeron” Olimpiya İdman Kompleksində isə “Ordu” “Gənclər” kollektivini həmin hesabla üstələyib.

“Xilasedici” – “Murov Az Terminal” matçı da eyni hesabla birincilərin xeyrinə başa çatıb.

Sonuncu qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right