"Neftçi"nin üzvü Avropada oktyabrın ən yaxşısı seçildi

"Neftçi"nin basketbolçusu Devonte Qrin FİBA Avropa Kubokunun qrup mərhələsində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Newsport.az xəbər verir ki, 28 yaşlı amerikalı ay ərzində keçirdiyi 3 matçın hər birində orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, I qrupunda yer alan "Neftçi" Polşanın "Kalev" (95:84) və digər Azərbaycan klubu "Abşeron Layəns"i (104:86) məğlub edib, Polşanın"Trefl" komandasına (63:92) uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right