“Kür” cavab oyununda da Macarıstan klubuna uduzdu

Bu gün Azərbaycan təmsilçisi “Kür” kişilər arasında Avropa Həndbol Kubokunun ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.

Newsport.az xəbər verir ki, paytaxt klubu öz meydanında Macarıstanın “Balatonfyured” komandasını qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 20:39 (11:20).

Xatırladaq ki, Macarıstanda keçirilən ilk oyunda da “Kür” məğlub olub – 19:42.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right