Azərbaycan cüdoçuları Perudakı qran-prini 7 medalla başa vurub

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş qran-prini 7 medalla başa vurublar.

Newsport.az xəbər verir ki, sonuncu yarış günündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) mükafatçılar sırasına düşə bilib.

Onlar müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.

Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right