Azərbaycan voleybolçularından uğurlu start III MDB Oyunları

Bu gün III MDB Oyunlarında voleybol yarışlarına start verilib.

Newsport.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan voleybol yarışında ilk olaraq 15 yaşadək qızlardan ibarət komandalar meydana çıxıblar. Turnirin ilk qarşılaşması B qrupunda yer alan Belarus və Qırğızıstan milliləri arasında olub. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci matçında isə A qrupunda yer alan Azərbaycan yığması Tacikistan komandası ilə üz-üzə gəlib. Oyun qızlarımızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 3-də Özbəkistan yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right