Azərbaycan taekvondoçularından 3 qızıl medal III MDB Oyunları

Taekvondo üzrə milli komandamızın üzvləri III MDB Oyunlarında layiqli çıxış edərək 3 qızıl, 2 gümüş, 6 bürünc medala sahib çıxıblar.

Newsport.az xəbər verir ki, taekvondoçularımızdan Ziya Həsənli  (63 kq) tarixi uğura imza ataraq III MDB Oyunlarının ilk qızıl medalını ölkəmizə qazandırıb. Humay  Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) bütün rəqiblərini üstələyərək çempion olublar.

Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) gümüş, Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) bürünc medallara sahib çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right