Azərbaycan millisinin üzvünün yeni klubu məlum oldu

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Azər Əzimovun yeni klubu məlum olub. 

Newsport.az xəbər verir ki, oyunçu “Lənkəran” klubu ilə anlaşıb. 

O, mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək. 

Əzimov daha əvvəl “Sərhədçi” və “Gəncə” klublarında çıxış edib. 

“Lənkəran” buna qədər Aydın İbrahimov, Raşed Dison və Teron Montqomerinin transferlərini həyata keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right