Olimpiya çempionu polisin tələsinə düşdü

Sərbəst güləş üzrə olimpiya çempionu Kayl Snayder Ohayo ştatında qadın alveri əməliyyatı çərçivəsində həbs edilib.

Snayder mayın 9-da həbs edilən 16 kişidən biridir. O, seksual xidmət istəməkdə ittiham olunaraq hoteldə həbs edilib. Güləşçiyə mayın 19-da məhkəməyə gəlmək barədə bildiriş verilib və o, yerindəcə sərbəst buraxılıb.

Kolambus polis idarəsinin xüsusi bölməsi qadın alveri ilə mübarizə məqsədilə mayın 9-da gizli əməliyyat keçirib. Əməliyyatdan əvvəl polis onlayn reklamlar yerləşdirərək “ödəniş qarşılığında cinsi istəklərin təminatı” kimi çağırışlar ediblər.

Snayder də reklamlardan birinə cavab olaraq mesaj yazaraq tələyə düşüb. Xidmətlərə görə pul ödədikdən sonra olimpiya çempionu həbs edilib.

Snayder sərbəst güləş üzrə 97 kq çəki dərəcəsində 2016-cı il Rio-de-Janeyro Olimpiadasında qızıl, 2021-ci ildə Tokioda gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right