Qadınlar voleybolçulardan ibarət “Gəncə” komandası baş məşqçisi Sergey Çasnavitski ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Gəncə” 2024/2025 mövsümündə Azərbaycan Kubokunda gümüş medal qazanıb
Komanda Yüksək Liqada isə dördüncü yeri tutub.