Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi “Vaşaş”dan ayrılıb.
Newsport.az xəbər verir ki, millimizin üzvü bu barədə sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 6 il ərzində “Vaşaş”ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddətdə 5 dəfə Macarıstan çempionu olub.