“Qarabağ” “Kür”ə qalib gəldi

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib.

Newsport.az xəbər verir ki, qadınların yarışında “Qarabağ” və “Kür” komandaları üz-üzə gəliblər.

Qarşılaşma “Qarabağ”ın 35:30 hesablı qələbəsi ilə bitib.

1-4-cü yerlər uğrunda digər matçda “Azəryol” “İdman Akademiyası”nı böyük hesabla üstələyib – 45:24.

Kişi həndbolçuların 1-4-cü yerlər uğrunda yarışında da iki oyun baş tutub. “Azəryol” “Bakı”nı 33:29 hesabı ilə məğlub edib. “Qarabağ” isə, çempionatın lideri “Kür”ə 26:37 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right