Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçı bəlli olacaq

Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komanda bəlli olacaq.

Newsport.az-ın məlumatına görə, pley-off mərhələsinin üçüncü oyununda bu gün "Abşeron" və "Naxçıvan" münasibətlərə aydınlıq gətirəcəklər.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə ediblər.

Cütün qalibi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə "Sabah" və "Şəki" komandaları qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right