“Məğlub olduğum görüşü təhlil edib, üzərində çox çalışmalıyam”

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında daha bir bürünc medalı sərbəst güləş üzrə millinin üzvü Əli Rəhimzadə (65 kq) qazanıb.

Newsport.az xəbər verir ki, dördüncü dəfə bu uğura imza atan Əli qitə birinciliyindəki çıxışını belə dəyərləndirib:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Azərbaycan çempionatından əvvəl də təlim-məşq toplanışı keçmişdik. Artıq 4-cü dəfədir ki, Avropa çempionatında 3-cü yerə çıxıram. Dördündə də yarımfinalda uduzmuşam. Bu tilsimi qıra bilmirəm. İnşallah, dünya çempionu olaram. Üzərimdə əziyyət çəkən məşqçilərimi, federasiyamızı və xalqımızı sevindirərəm. Özümə çox inanırdım. Görünür məğlub olduğum rəqib qələbəni məndən çox istəyirdi və qalib gəldi. Bu yarışda özümə əsas rəqib gördüyüm güləşçilər digər səbətdə yer almışdılar. İnşallah, növbəti yarışlarda bu səhvləri etmərəm. Sırf məğlub olduğum görüşü təhlil edib, üzərində çox çalışmalıyam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right