Türkiyəli basketbolçu Azərbaycan klubunda Rəsmi

“Abşeron” heyətini yeni basketbolçu ilə gücləndirib.

Bu barədə Newsport.az-a klubun mətbuat xitmətindən məlumat verilib.

Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər “Abşeron”un uğurları üçün çalışacaq.

24 yaşlı oyunçu son olaraq ölkəsinin 1-ci liqa komandası “Kapaklıspor”da çıxış edib.

O, karyerası ərzində “Tofaş” və “Yalovaspor”un da şərəfini qoruyub. Türkiyəli basketbolçu “Tofaş”da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right