Azərbaycan cüdoçularından “Böyük Dəbilqə”də daha 3 medal

Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə 3 medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, bu gün 4 çəki dərəcəsində 11 idmançımız tatamiyə çıxıb.

Kişilərdə Rəşid Məmmədəliyev (73 kq) zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə üçüncü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala yiyələnib.

81 kq çəki dərəcəsində Zelim Tçkayev finalda Fransua Qotye-Drapoya (Kanada) qalib gələrək millinin hesabına ilk qızıl medalı yazdırıb. Bu çəkidə Ömər Rəcəbli bürünc medal uğrunda qarşılaşmada Askerbiy Qerbekova (Bəhreyn) uduzub.

Azərbaycan cüdoçuları yarışın ilk günündə iki bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right