“Azəryol” “Qarabağ”a qalib gəldi

Həndbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, qadınların final mərhələsində 1-4-cü yerlər uğrunda yarışan “Azəryol” “Qarabağ”la üz-üzə gəlib.

“AHF Arena”da keçirilən görüş “Azəryol”un 32:21 hesablı qələbəsi ilə nəticələnib.

Kişi həndbolçuların çempionatında 5-6-cı yerlər uğrunda mübarizə aparan U-17 “Dinamo” ilə görüşüb. Qarşılaşma “Dinamo”nun 40:35 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right