"Neftçi"nin hücumçusu: “Bəxtimiz gətirmədi"

“Mənim üçün “Beşiktaş”la oyun xüsusi əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə idi ki, “Neftçi”nin start heyətində yer alırdım və azarkeşlərimizin önündə oynayırdıq”. 

Newsport.az-ın məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Andre Şinyaşiki Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən deyib. 

O, ikinci hissədə daha yaxşı oynadıqlarını vurğulayıb: “İlk hissədə rəqibdən komanda olaraq bir qədər çəkinirdik. “Beşiktaş” güclü komandadır. Lakin rəqibin kimliyindən asılı olmayaraq qorxmadan mübarizə aparmaq lazımdıt. İkinci hissədə bunu etdik. Nəticədə də daha yaxşı oyun sərgilədik”. 

O bildirib ki, sona yaxın birdən daha çox qol vura bilərdilər: “Bəxtimiz gətirmədi. Daha çox qol vura bilərdik. Ancaq bəxtdən də əlavə unutmaq olmaz ki, yeni komandayıq. Bir-birimizə daha da yaxşı uyğunlaşmalıyıq ki, yaxaladığımız epizodları dəyərləndirək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right