“Qarabağ”ın futbolçusu “ən yaxşı” adına namizədlər arasında

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Newsport.az-ın məlumatına görə, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı, “Fiorentina”dan Luka Yoviç, Kipr AEK-indən (Larnaka) Anxel Qarsiya və “Trabzonspor”dan Trezege bu ada namizəddir.

Yankoviç Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri oyunda məhsuldar ötürmə müəllifi olub. Onun matçdakı ötürmələrinin 67 faizi dəqiq alınıb.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right