Rəşad Sadıqov: "Bu gün komandamın yeni səviyyəyə çıxdığını gördüm"

"Zirə" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda "Makkabi"yə 0:3 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Həlledici məqam beş dəqiqəyə buraxdığılmız iki qol oldu. Çətin məqamları keçmişdik. Rəqibin pressinqi aşağı düşmüşdü. Buraxdığımız iki qol belə alındı. Futbolçularım həvəsdən düşmədi. Yeganə fərqimiz son vuruşdaydı. Çünki bizim də qol imkanlarımız oldu. Rəqib səhvlərimizdən qol vurdu, biz isə kombinassiyalı hücumlar etdik. Dəqiq olsaydıq, fərqli gedişat olacaqdı. İkinci yarıda buraxdığımız qol da üzücü idi. Futbolda olan şeylərdi. Bizim başımıza gəldi. Uşaqlar sona qədər mübarizə apardılar. Qol vurmağa çalışırdılar. Fürsətlərdən istifadə edə bilmədik.

- Təcrübə nə dərəcədə rol oynadı?

- Təcrübə önəmlidi. Amma ucuz qollar buraxdıq. Komandama inanırdım. Sadəcə səhvlər olmasaydı, tam fərqli oyun gedəcəkdi. Bu gün komandamın yeni səviyyəyə çıxdığını gördüm. 90 dəqiqə mübarizə apardılar. Rəqibin bəzi epizodlarda gücü və ustalığı görünürdü. Bu yolu davam etsirsək, yaxın gələcəkdə tam başqa səviyyəyə çatacağımıza inanıram.

- Analiz etdiyiniz rəqiblə bu günkü rəqib arasında fərq var idi?

- Nə görmüşdük, nə danışmışdıq elə idi. Fərqli oyun oynaya bilərdik, daha dağıdıcı oyun oynaya bilərdik. Rəqib üzərində üstünlük yaratmaq istəyirdik. Bunu edirdik, belə rəqiblərlə səhv buraxmaq limitin yoxdu. Səhvsiz də mümkün deyil. Nə gözləyirdim, onu da gördüm.

- Ümumi nəticə ilə barışdınız? Səfərə hansı ümidlə gedirik?

- Hesab böyükdü. İkinci yarıda 2-1 etməyi fikirləşirdik. Əlimizi aşağı salıb getməyəcəyik. Hazırlaşcağıq ki, səfərdə layiqli mübarizə aparacaq.

- Cəlal Hüseynov niyə oynamırdı?

-Rəqabətdi. Kim güclüdü o da oynayacaq. Bu ikiliyə güvəndim. Başqa səbəb yoxdu.

- Dediniz son vuruşlarda nəsə çatışmırdı. Keyta cinahda daha effektliydi. Sırf bu oyunda mərkəz hücumçusunun yoxluğu nə dərəcədə təsir etdi?

- Rüstəmdi mərkəz hücumçusu. Paxtman var, Mirsayib var. Keytanı solda oynatmağı planlaşdırıram. Düşünürdük ki, Rəhim mərkəzə daxil olub, ara ötürmələrini versin Keytaya. Məşqlərdə də effekt verdi. Keyta solda effektli oldu, Rüstəmi önə atdıq. Hücumda rotasiyalar etmək istəyirdik. Əsas problem hücumçu ilə bağlı deyildi. Uşaqlar yaxşı futbol oynadı. Mənim üçün oyundu, hesab ikinci dərəcəlidi. Oyun varsa, nəticə gələcək. Oyun zaman tələb edir.

- Düşünmürsüz ki, Rəhimin oyuna çox köklənməyi bugünkü oyununa təsir göstərdi? Çünki Rəhimdən əvvəlki oyununun görmədik...

-  Rəhimdən maraqlı oyun gördüm. Əvvəldə hamıda top itkiləri oldu. Dəqiqələr ötdükcə, maraqlı gedişatlar edirdi. Topla oynayırdı, topsuz pressinq edirdi. Fikirlə razı deyiləm. Kənardan elə görünə bilər.

- Slaviki daha tez buraxmaq olardı meydana?

- Oyundan qabaq da düşünürdük. Toplanışda da Slavik sağda idi, Qismət solda. Müəyyən detallar var idi ki, bu heyətə üstünlük verdik. Oyuna daxil olduqdan sonra canlandırdı oyunu.

- Düşünmürsüz ki, ehtiyat qüvvənin azlığı çempionatda çətinlik yaradacaq sizə?

- Heyətimizi genişləndirməyi planlaşdırırıq. Dah çox gənclərdən komplektləşmişik əvəzedici olaraq. Heyəti mütləq genişləndirməliyik. Olmasa, problemlər yaşaya bilərik. Zədələr, cəzalar, yorğunluq var.

- 2001-ci ildə oyunçu kimi HİT-Qoritsa oyunu və bugünkü baş məşqşçi debütünüz...

- O vaxt gənc idim, çox düşünmürdüm. Məşqçilər də şans verirdi, böyük həvəslə də oynayırdım. Yaxşı oyunlarımdan birini keçirdim. Bu gün daha məsuliyyətli idim. Rəqib də fərqli idi. Kənarda qalırsan, çox oyuna müdaxilə edə bilmirsən. O da insanı gərginləşdirir. Meydanda olsan bu qədər stress olmazdı.

- Daha dağıdıcı heyət meydana buraxmaq istədiyinizi dediniz. Meydana buraxdığınız heyət də sanki dağıdıcı idi. Plan nə idi?

- Düşünmürəm ki, Coşqunun əsas keyfiyyəti dağıdıcılıqdı. Arxadan oyunumuzu onun üzərində qururuq. Hamdiu və İlkin arasınad dəyişiklik var idi. Toplanışda Hamdiu zədələndi, buraxdı oyunları. Rəqibə pressinq tətbiq etmək istəyirdik. Ondan sonra daha hücumameyilli oyun edəcəkdik. Niyyətimiz dağıdıcı futbol oynamaq deyildi. "Qarabağ"la oyun tam fərlqi plan idi, bu gün tam fərqli. Bu gün dağıdıcı oyun planı qurmaq fikrimiz yoxdu.

- Rüstəm Əhmədzadə haqda fikriniz necədi?

- Bir illik müqaviləmiz var. Bu gün də meydanda yaxşılardan idi. Özünü çox yaxşı tərəfdən göstərdi. Potensialı yüksəkdi. Daha çox oynayıb, daha çox şans alaraq təkmilləşməlidi. Rəqib müdafiəsinə təhlükə yaradan oyunçu idi. Keyta və Rəhim də. Ondan razı qaldım. Elə plan yoxdu ki, onun mövqeyinə oyunçu gətirib ehtiyatda oturdaq. Üç mövqedə oynaya bilir. Ehtiyatda oturtmaq niyyətimiz yoxdu.

- Yeni legionerlər görə biləcəyik?

- Hazırda limit 7-dir. Rəqibləri də nəzərə almaq lazımdı. Mənim üçün fərqi yoxdu. Bu gün meydanda 8 yerli var idi. Amma heyəti genişləndirməyə ehtiyac var. Elə yerlilər var ki, götürə bilmirəm, müqaviləsi olan var, maddi cəhətdən yaxşı təklifləri var, rəqabətə girə bilmirik. Məcburuq ki, heyəti legionerlə genişləndirək. Hələ ki, bir legioner gətirməmişik. Planımızda 4-5 legioner var idi.  İstəmirəm necə gəldi, kimi gəldi gətirək. Olacaq götürəcəyik, olmayacaq götürməyəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right