Konfrans Liqası: "Neftçi", "Qəbələ" və "Zirə"nin potensial rəqibləri bəlli oldu Yenilənib

Bu gün Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

"Neftçi" "Aris" (Kipr) səddini keçərsə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

"Zirə" " - Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qəbələ" isə Macarıstanın “Fehervar” klubundan üstün olarsa, III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq

 

*******

Bu gün Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, püşkatmada "Neftçi", "Zirə" və "Qəbələ"nin potensial rəqibləri dəqiqləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

"Neftçi" "Aris" (Kipr) səddini keçərsə, potensial rəqibləri aşağıdakı komandalar olacaq:

“Tvente” (Niderland)

“Mölde” (Norveç) - “Elfsborq” (İsveç) cütünün qalibi

“Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Levski” (Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi

"Zirə" " - Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibinin isə bu komandaların qalibi ilə qarşılaşmaq ehtimalı var:

“Rujomberok” (Slovakiya) - “Riqa” (Latviya) cütünün qalibi

“Kızıljar” (Qazaxıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi

“Vikinqur” (Farer adaları) - DAK 1904 (Slovakiya) cütünün qalibi

“Qzira Yunayted” (Malta) - “Radniçki” (Serbiya) cütünün qalibi

“Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi

"Qəbələ" isə Macarıstan “Fehervar” klubundan üstün olarsa, üçüncü mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq:

“Panatinaikos” (Yunanıstan)

“Sepsi” (Rumıniya) - “Olimpiya” (Sloveniya) cütünün qalibi

“Vlajnaya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi

“Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

​“Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right