"Zirə"nin legioneri: "Makkabi"nin çox güclü futbolçuları var"

"Artıq 10 gündən çoxdur ki, buradayıq. Gərgin məşqlərimiz çox oldu. Komandada əhval-ruhiyyə yüksək səviyyədədi. Bacardığımız qədər yaxşı hazırlıq keçib, tez bir zamanda pik formamızı bərpa etməyə çalışırıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Loris Bronyo deyib.

"CBC Sport"a açıqlama verən belçikalı futbolçu komandasının Türkiyə toplanışını dəyərləndirib.

Bununla yanaşı, 29 yaşlı futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri olan "Makkabi" barədə də fikirlərini bölüşüb:

"Özümü yaxşı hiss edirəm, komanda yoldaşlarım haqda da eyni sözləri deyə bilərəm. Konfrans Liqasındakı rəqibimiz olan "Makkabi"nin çox güclü futbolçuları var. Amma biz də bu oyuna çox ciddi hazırlaşırıq. Düşünürəm ki, nəinki bu oyuna, eyni zamanda bizi qarşıda gözləyən çətin marafona hazırıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right