"Zirə"nin rəqibinin futbolçusu koronavirusa yoluxdu

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi İsrailin “Makkabi” (Təl-Əviv) klubunda koronavirusa yoluxma aşkarlanıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın futbolçusu Parfe Giaqonun koronavirus analizi müsbət çıxıb. Karantinə alınan Fildişi Sahilli 21 yaşlı yarımmüdafiəçi komandanın məşqindən kənarda qalıb.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right