Rüstəm Əliyev: "Komandamızda psixoloji durum çox pis idi"

Şamaxı" Azərbaycan Premyer Liqasının sonuncu turunda səfərdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

Newsport.az-in məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Əliyev açıqlama verib:

"Zirə"ni bürünc medal münasibətilə təbrik edirəm. Konfrans Liqasına vəsiqə qazandılar, kubokun da finalındadırlar. Onlara uğurlar arzulayıram. Kimə qarşı oynadığımızı bilirdik. Rəqib üçüncü yeri tutub. Ağır oyun olacağını bilirdik. Komandamızda psixoloji durum çox pis idi. Ardıcıl məğlubiyyətlər futbolçulara da təsir edirdi. Həftə ərzində futbolçulara tapşırmışdıq ki, özlərinə inamları olsun. Çıxıb döyüşmək lazım idi. Bizə bu gün bu lazım idi. Futbolçularım da bunu etdilər. Onları da təbrik edirəm. Komandama da uğurlar arzu edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right