“Heç qızlar mənə Mourinyo qədər ürək emojisi göndərməmişdi” Çeferin

UEFA prezidenti Aleksander Çeferin “Roma”nın baş məşqçisi Joze Mourinyonun ona ünvanladığı mesajdan danışıb.

Newsport.az xəbər verir ki, o, “Roma”nın Konfrans Liqasının finalına vəsiqə qazanmasından sonra portuqaliyalı mütəxəssisdən mesaj aldığını söyləyib:

“Çoxları Konfrans Liqasına şübhə ilə yanaşırdı.   Amma etiraf edirəm ki, heç qızlar mənə bu qədər ürək emojisi göndərməmişdi ki, Mourinyo Roma”nın finala vəsiqə qazanmasından sonra mənə göndərdi. Joze futbolla yaşayan və ona emosional yanaşan bir insandır.O, klub səviyyəsində bütün turnirləri udub. İndi isə Mourinyo Konfrans Liqasının ilk qalibi olacaq məşqçi olmağa yaxındır. Bu, onun üçün çox vacibdir. Bütün bunlar turnirin reklamı üçün də əladır”.

Xatırladaq ki, Konfrans Liqasının “Roma” - “Feyenoord” finalı mayın 25-i Albaniyanın paytaxtı Tiranada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right