Qurban Qurbanovdan böyük feyr-pley dərsi Əllə vurulan qolu ləğv etdirdi

"Qarabağ" Avropa Konfrans Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Marsel"i qəbul edir.

 

Newsport.az xəbər verir ki, qarşılaşmanın 34-cü dəqiqəsində Ağdam təmsilçisinin hücumçusu İbrahima Vadji hesabı bərabərləşdirib. Seneqallı forvardın əllə vurduğu qolu hakim qeydə alıb.

 

Qolda qayda pozuntusu olduğunu bildirən rəqib komandanın futbolçuları və məşqçilər heyəti hakimə ciddi etiraz edib. Bu zaman isə meydanda ara qızışıb. Hakim "Marsel"in futbolçusu Stiv Mandandaya və "Qarabağ"ın kapitanı Maksim Medvedevə sarı vərəqə verib.

 

Vurulan qolda qayda pozuntusu olduğunu başa düşən Qurban Qurbanov kapitan Medvedevi və Vadjini yanına çağıraraq, bu barədə onların hakimə məlumat verməsini bildirib. Bundan sonra hakim qeydə aldığı qolu ləğv edib.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən görüşdə "Qarabağ" "Marsel"ə 0:1 hesabı ilə məğlub olur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right