“Qarabağ”a qol vurdu, UEFA tərəfindən fərqləndirildi

UEFA Konfrans Liqasının rəsmi “tvitter” hesabı “Marsel”in (Fransa) futbolçusu Dimitri Payet haqqında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin pley-off mərhələsinin ilk oyununda Fransada “Qarabağ”a vurduğu qol yayımlanıb.

Payetin cari mövsümdə avrokuboklarda 23 oyunda 15 qolun iştirakçısı olduğu (9 qol, 6 məhsuldar ötürmə) xatırladılıb.

“Qarabağ” və “Marsel” arasındakı cavab matçı bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda “köhlən atlar” 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right